Əlavə vaxt ləğv edilir?
İngiltərə Futbol Assosiasiyası ölkə kubokunda əlavə vaxtı ləğv etməyi düşünür.
Aut.az xəbər veirr ki, bu barədə “The Times” məlumat yayıb.
Futbolçular və məşqçilər oyunçular arasında yorğunluqdan getdikcə daha çox şikayətlənirlər. Əlavə vaxtı olan kubok turnirləri oyunçulardan daha çox enerji alır.
Bunun fonunda FA kubok oyunlarında əlavə 30 dəqiqəni ləğv edə bilər. Komandalar dərhal penaltilər seriyasına başlayacaq.
Belə bir qərarın turnirin növbəti turlarında çoxlu sensasiyaya səbəb olacağı gözlənilir.
Aut.az
