“Siti” yeni baş məşqçisini nə vaxt təqdim edəcək?
“Mançester Siti”nin bu həftə Entso Mareskanın təyinatını açıqlayacağı gözlənilir.
Aut.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat verib.
Daha əvvəl italyan mütəxəssisin “vətəndaşlar”la üç illik müqavilə imzalayacağı və “Çelsi”nin təxminən 20 milyon avro təzminat alacağı bildirilmişdi.
Mareska “Mançester Siti”də Pep Qvardiolanı əvəz edəcək .
İtaliyalı mütəxəssis əvvəllər 2024-cü ilin iyulundan 2026-cı ilin yanvarına qədər “Çelsi”də çalışıb. Mareska həmçinin 2022/23 mövsümündə “Mançester Siti”də Qvardiolanın köməkçisi vəzifəsində çalışıb.
