Salah gündəmi silkələdi, “Liverpul” hərəkətə keçdi
Önümüzdəki aylarda “Liverpul” rəhbərliyi 32 yaşlı cinah hücumçusu Məhəmməd Salahla 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması imkanını müzakirə edəcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, misirli futbolçu “Liverpul”da qalmaq istəyir. Mersisaydlıların baş məşqçisi Arne Slot da Salahdan razıdır və həmçinin onun karyerasını İngiltərə klubunda davam etdirməsini arzulayır.
Qeyd edək ki, Salah “Mançester Yunayted”lə oyundan sonra bildirmişdi ki, ona yeni müqavilə təklif edilmədiyi üçün “Liverpul”da son mövsümünü keçirir.
Salah bu mövsüm klubda bütün turnirlərdə üç oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib. Ümumilikdə Salah “qırmızılar”ın heyətində 352 oyun keçirib, 214 qol vurub və 92 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.
Aut.az
