Arda Turanın komandasından ransfer həmləsi: Onu gətirirlər – FOTO
“Nyukasl”ın müdafiəçisi Kyeran Tripyerin Türkiyənin “Eyüpspor” klubuna keçidi yekunlaşmaq üzrədir.
Aut.az xəbər verir ki, ingilis futbolçu yeni klubu ilə müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə “Eurosport” məlumat yayıb.
İngiltərədə transfer pəncərəsi artıq bağlansa da, Türkiyədə açıq olması transferin reallaşmasına şərait yaradır. Mənbənin sözlərinə görə, Arda Turanın baş məşqçisi olduğu debütant 33 yaşlı müdafiəçinin transferində fəallıq göstərib və istəyinə nail olmağa yaxındır.
Keçidin tam hüquqlu transfer, yoxsa icarə əsasında olacağı dəqiqləşdirilməsə də, danışıqların son mərhələdə olduğu bildirilir.
Trippyerin “Nyukasl”la müqaviləsi 2026-cı ilin yayına qədərdir. Ötən mövsüm müdafiəçi 39 oyun keçirib, 1 qol vurub və 11 məhsuldar ötürmə edib. İngilis futbolçu 2022-ci ilin yanvarında “Atletiko”dan “Nyukasla” keçib. Transfer məbləği 14 milyon avro olub. “Transfermarkt” hazırd Trippyeri 10 milyon avro dəyərində qiymətləndirir.

