Türkiyə

Vüsal İsgəndərli oynadı?

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, komanda “Bandırmanspor”u qəbul edib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Vüsal oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

Hazırda 19 oyundan sonra 26 xal toplayan “Boluspor” turnir cədvəlində 9-cudur.