İngiltərə

“Çelsi”də ciddi itki

“Çelsi”nin əsas sağ cinah müdafiəçisi Malo Qusteau budundan zədə alıb.

Aut.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı fransalı 3-cü turun “Kristal Pelas”la oyununda (1:1) zədələnib və 74-cü dəqiqədə Mixail Mudriklə əvəzlənib. Onun hansı müddətə müalicə alacağı açıqlanmayıb.

Qeyd edək ki, Bu mövsüm Qusteau “Çelsi”nin 4 matçında 266 dəqiqə meydanda olub.

Aut.az