İngiltərə

“Yunayted”in məşhur futbolçusu karyerasını bitirdi – 32 yaşında

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Fil Cons 32 yaşında futboldan ayrıldığını rəsmən açıqlayıb.

“Təəssüf ki, bu, istədiyimdən daha tez bitdi”,- Cons “BBC 5 Live Sport”a deyib.

İngilis futbolçu “Mançester Yunayted”in U18 gənclər komandası ilə işləmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Cons 2011-2023-cü illərdə “qırmızı şeytanlar”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 229 matçda iştirak edib və bu matçlarda 6 qol vurub və 8 məhsuldar ötürmə edib. Mankunianların tərkibində müdafiəçi İngiltərə çempionatı, İngiltərə kuboku, İngiltərə Liqa kuboku, həmçinin iki dəfə İngiltərə Superkuboku və Avropa Liqasının qalibi olub.

Aut.az