Futbolu pornoya dəyişən oyunçu öldü
İngiltərənin “Kristal Pelas” klubunun gənclərdən ibarət komandasının sabiq üzvü, Porno sənayesinə görə futbolu tərk edən Oliver Speddinq 34 yaşında dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə sabiq klubu “Kroydon” məlumat yayıb.
“Sabiq oyunçumuz Oliver Speddinqin vəfatından dərin kədərləndik. O, bir neçə il komandamızda oynadı. Çox sevilən bir insan idi, həmişə komanda üçün hər şeyini verdi” – deyə yayımlanan açıqlamada bildirilib.
Keçmiş futbolçunun ölüm səbəbi açıqlanmayıb. “Kroydon”un son matçında azarkeşlər “Streetcar” (küçəmaşını) kimi tanınan Speddinqin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
