“Zirə”dən növbəti transfer – RƏSMİ
“Zirə” yeni transferini açıqlayıb.
Aut.az xəbər verir ki, qəsəbə təmsilçisi Ayxan Hüseynovla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hüseynovla 2 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu karyerası ərzində “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Olimp”, “Ximki” və “Turan Tovuz” klublarında çıxış edib.
