Dünya futbolu

“FİFA Ukrayna futbolunu məhv etdi”

“Şaxtyor”un baş direktoru Sergey Palkin FİFA-nı tənqid edib.

Aut.az xəbər verir ki, klub rəsmisi FİFA-nı Ukrayna futbolunu məhv etməkdə günahlandırıb.

FIFA yerli klublarda çıxış edən əcnəbi futbolçuların müqaviləni pozub, başqa komandaya təzminat ödəmədən keçməsinə reaksiya verməyib. Lalkin bunun nəticəsində Ukrayna futbolunda rəqabətin azaldığını və klubların avrokuboklarda zəif oynadığını bildirib.