Alves apellyasiya şikayəti verəcək?
Braziliyalı Dani Alvesin zorlama işi üzrə 4,5 ilini dəmir barmaqlıqlar arxasında keçirməli olduğu barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, Dani özü və vəkilləri məhkəmənin qərarından narazıdırlar. Alveş özünü günahsız edir. Buna görə yuxarı instansiya müraciət etmək niyyətindədirlər.
Eyni zamanda, braziliyalı ittiham tərəfinin tələb etdiyi kimi 9 il deyil, yarısı qədər həbs cəzası alsa da, prokurorlar cəzadan razı qalıblar.
“Biz məhkəmənin əsaslandırmasını hörmətlə oxumalı və hər şeyi təhlil etməliyik. Amma ümumilikdə biz hökmdən razıyıq, çünki bu yolla qurbanın həqiqəti dediyi tanınır”, – deyə prokuror David Saez bildirib.
