Dünya futbolu

İnfantino futboldakı “qumarbaz”lardan danışdı

FİFA prezidenti Canni İnfantino peşəkar idmançılar arasında mərc problemindən danışıb. Daha əvvəl bildirilmişdi ki, FA “Vest Hem”in yarımmüdafiəçisi Lukas Pakettanı mərc etdiyinə görə ömürlük cəzalandıra bilər.

“Oyunçular bilirlər ki, mərc etməmək lazımdır. İstənilən idman növündə. Bir şey baş verdikdə, açıq şəkildə araşdırmalar və çox ciddi, çox sərt qərarları verilir. Futbolda isə bu, bütün səviyyələrdə olur, o cümlədən həvəskarlarda. Kimsə idman qaydalarına zidd hərəkət edibsə, sanksiyaların olacağı göz qabağındadır. İndi hər bir situasiya fərdidir, o, buna uyğun qiymətləndirilməlidir və sadələşdirilməməlidir”, – SportTV internet nəşri İnfantinodan sitat gətirib.

Aut.az