Boks

“Tank” titulunu nokautla qorudu – VİDEO  

İyunun 16-na keçən gecə Las-Veqasda boks axşamı baş tutub.

Aut.az xəbər verir ki, gecənin əsas döyüşü yüngül çəkidə WBA çempionu Cervonta Deyvis və Frank Martin üz-üzə gəlib.

Döyüş rəqibini nokaut edən “tank” ləqəbli Deyvisin qələbəsi ilə başa çatıb. Məğlubiyyətsiz Davisin karyerasında 31 qələbə var. Martin 20 döyüşdə 2-ci dəfə uduzub.