“Coşua ilə döyüşməsək, Usik ilə razılaşacağıq”
Keçmiş ağır çəkili dünya çempionu Deontey Uaylderin (44-4-1, 43 KO) meneceri Şelli Finkel bildirib ki, boksçu ən güclü rəqiblərlə döyüşmək niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Boxing News 24/7” məlumat yayıb.
“Deontey bu ilin sonunda və ya gələn ilin əvvəlində rinqə çıxacaq. Bizim əsas seçimimiz Coşuadır. Əgər Coşua ilə razılaşa bilməsək, amma Usiklə razılıq əldə etsək, onunla döyüşəcəyik. Məncə, Coşua ilə qarşılaşma onun üçün ən böyük döyüşdür. Yaxşı bir underkardla birlikdə bu döyüş “Uembli”ni doldura bilər”, – deyə Finkel qeyd edib.
Qeyd edək ki, amerikalı boksçu sonuncu dəfə iyul ayında rinqə çıxıb və Tirrəl Herndonu inamla nokauta salıb.
Aut.az
