Dünya futboluBoks

Mbappedən onun qələbəsinə reaksiya: Qardaşıma hörmət edin – FOTO

“Real Madrid”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe kamerunlu Fransis Nqannunun braziliyalı Renan Ferreyra üzərində qələbəsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, döyüşdə Nqannu ilk raundda nokautla qalib gəlib.

“Qardaşım Fransis Nqannuya hörmət edin. Kobe üçün”, – Mbappe sosial şəbəkədə yazıb.

Fransız Nqannu ilə fotosunu Kamerun bayraqlarının müşayiəti ilə paylaşıb.

Xatırladaq ki, oktyabrın 20-də Ər-Riyadda baş tutan döyüşdən sonra Frensis qələbəni mərhum oğlu Kobeyə həsr etdiyini bildirmişdi.

Qeyd edək ki, Kilian Mbappenin atası Kamerundandır.

Mbappedən onun qələbəsinə reaksiya: Qardaşıma hörmət edin – FOTO