Bu inqilabdır: “Atletik”in əfsanəsi Argentina çempionatının autsayderinə keçdi
31 yaşlı ispan İker Munyain azad agent kimi Argentinanın “San Lorenso” klubuna keçib.
Aut.az xəbər verir ki, 31 dekabr 2025-ci il tarixinə qədər müqavilə imzaladıqları yeni oyunçularını təqdim edən “San Lorenso” bu keçidi klubun əfsanəsinə çevrilən İsidro Lanqaranın transferi ilə müqayisə edərək, “inqilabdan başqa bir şey deyil” şərhini veriblər.
İker Munyain “Atletik” Akademiyasının məzunudur və bütün peşəkar karyerasını indiyə qədər yalnız Bask klubunda keçirib (560 matç, 76 qol, 70 məhsuldar ötürmə).
Aprel ayında Munyain 2023/24 mövsümünün sonunda “Atletik”i tərk edəcəyini açıqlamışdı, lakin yalnız indi yeni klubu ilə bağlı qərar verib.
Maraqlıdır ki, Argentinanın 15 qat çempionu olan “San Lorenso” tarixinin ən pis dövrlərindən birini yaşayır. Hazırda komanda 28 iştirakçısı arasında 23-cü yeri tutaraq çempionatın autsayderlərindən biridir.
Aut.az
