Dünya futbolu

Tanınmış məşqçi meydana girən uşağı belə qorudu – FOTO

Şotlandiya çempionatının son turu çərçivəsində keçirilən  “Livinqston” – “Seltik” matçında (0:3) maraqlı hadisə yaşanıb.

Aut.az xəbər verir ki, qarşılaşma zamanı azyaşlı azarkeşi meydana daxil olub. Stüardlar qısa zamanda onu tutmağa nail olublar.

Ancaq Qlazqo təmsilçisinin baş məşqçisi Brendan Rocers bu zaman hadisəyə müdaxilə edib. O, uşağı stüardların əlindən alaraq həbs edilməsinə icazə verməyib. Şimali irlandiyalı mütəxəssis özü azyaşlı fanatı tribunaya qədər müşayiət edib.

Onun bu jesti stadiondakı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Tanınmış məşqçi meydana girən uşağı belə qorudu - FOTO

Tanınmış məşqçi meydana girən uşağı belə qorudu - FOTO