Hamını böyük ziyafətə çağırdı
“Napoli”nin sahibi Aurelio De Laurentis A Seriyasını qazandıqdan sonra komandanın azarkeşlərinə müraciət edib.
“Siz mənə həmişə deyirdiniz: “Qələbə qazanmaq istəyirik”. Və biz qalib gəldik! Hamımız birlikdə qalib gəldik. Bazar günü “Fiorentina” ilə matçda hamımız böyük ziyafətə yığışaq. Hamınıza təşəkkür edirəm!
Bu gün 33 il davam edən gözləntilərin kulminasiya nöqtəsidir. Gələndə dedim ki, Avrokuboklarda olmaq üçün 10 il lazımdır – biz bunu daha tez etdik. Dedim ki, Skudettonu qazanmaq üçün daha 10 il lazımdır və biz yenə bir neçə il əvvəl məqsədə çatdıq.
İndi biz onu təkrar-təkrar qazanmalıyıq. Və təbii ki, bizim Çempionlar Liqasını kuboku çatmır. Bu komanda məsuliyyətlə yüklənmişdi və bizə havaya qalxmaq üçün özünü kifayət qədər yüngül hiss edən heyət lazım idi.
Layihə heç vaxt dayanmır. Mənim üçün bu, son nöqtə deyil, başlanğıc nöqtəsidir. Gələn mövsüm Spalletti və mən işimizi bərpa edəcəyik.
Kavani, Lavessi, Kualyarella, İquain. Düşünürəm ki, biz bütün bu illər ərzində Skudettonu qazanmaq üzərində işləyirik”, –“Football Italia” De Laurentisdən sitat gətirib.
Aut.az
