İtaliya

Nəhənglər A Seriyasında parlayan futbolçu uğrunda “döyüş”ə hazırlaşırlar

“Latsio”nun 24 yaşlı futbolçusu Mario Hila “Mançester Siti”, “Bavariya”, PSJ və “Real Madrid”in marağındadır.

Aut.az xəbər verir ki, futbolçunun transferi “Tottenhem” tərəfindən də nəzərdən keçirilir.

Hila cəmi üç ildir ki, A Seriyasında oynayır. Daha əvvəl ispaniyalı “Real Madrid” sistemində olub. Və hətta iki oyunda “Kral Klubu”nun formasında 12 dəqiqə meydanda olub.

2022-ci ilin iyulunda Mario 6 milyon avroya “Latsio”ya satılıb. Üç ildən az müddətdə onun təxmini transfer dəyəri beş dəfə artıb. Lakin “Latsio”nun müdafiəçi üçün təxminən 45 milyon avro tələb edəcəyi gözlənilir.

Hila bu mövsüm A Seriyasında 27 oyun keçirib və iki dəfə liqada həftənin komandasına seçilib. O, bir qol vurub, ötürmə dəqiqliyi 92% -dir.

Qeyd edək ki, Hila mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Onun boyu 183 sm-dir.

Aut.az