Əfsanənin 36 illik rekordunu təkrarladı
İtaliya milli komandasının hücumçusu Moyze Kin Şimali İrlandiya milli komandasına vurduğu qolla əfsanəvi Salvatore Skillaçinin rekordunu təkrarlayıb.
Aut.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Dünən İtaliya yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off yarımfinalında evdə Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edib. Oyunun yekun nəticəsini 80-ci dəqiqədə məhz Kin müəyyənləşdirib.
Beləliklə, “Fiorentina”nın hücumçusu ardıcıl beşinci oyunda milli komanda heyətində qol vurub. Bu göstərici sonuncu dəfə 1990-cı ildə evdə keçirilən dünya çempionatında ardıcıl 5 matçda fərqlənən Salvatore Skillaçiyə məxsus idi. Həmin turnirdə Skillaçi bombardir olmuşdu.
