Ukraynalı güləşçi qalmaqallı davranışından danışdı: “Ruslar buna layiq deyillər”
Ukraynadan olan sərbəst güləşçi və üçqat Avropa çempionu İrina Kolyadenko Slovakiyada keçirilən Avropa çempionatı zamanı rusiyalı Dinara Kudayeva ilə əl sıxmaqdan və şəkil çəkdirməkdən nümayişkaranə şəkildə imtina edib.
Aut.az xəbər verir ki, İrinanın sözlərini Ukraynanın “Sport-express” saytı sitat gətirib.
-Slovakiyada Rusiyadan olan rəqibinizlə əl sıxmadınız…
– Mən bu ölkədən olan rəqiblərimlə heç vaxt əl sıxmıram. Onlarla heç vaxt podiumlarda şəkil çəkdirmirəm və yarışlarda onlarla ünsiyyət qurmuram.
– Digər idman növlərindən fərqli olaraq, Rusiya və Belarus nümayəndələrinin güləş turnirlərində iştirak etmələri barədə nə düşünürsünüz?
– Təbii ki, onların çempionatlarda iştirakına icazə verilməsinə mənfi münasibət bəsləyirəm. Onlar bizimlə yarışmağa layiq deyillər. Onların beynəlxalq yarışlara buraxılmasını heç cür başa düşmürəm.
Aut.az
