Karyerasını bitirən bu iki güləşçiyə 4 il cəza verildi
Birləşmiş Güləş Təşkilatı (UWW) rusiyalılar Xizar Durqayev və Kamal Məlikovu antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya edib.
Aut.az xəbər verir ki, bu barədə TASS sənədlərə istinadən məlumat yayıb.
Hər iki güləşçi üçün diskvalifikasiya müddəti 4 ildir və 2024-cü il iyunun 18-dən hesablanır. Durqaev və Məlikov qadağan olunmuş narkotik vasitələrdən istifadə etdikləri üçün cəzalandırılıblar. İdmançılar artıq karyeralarını başa vurublar.
41 yaşlı Durqaev sərbəst güləş üzrə 2009-cu ilin mütləq Rusiya çempionudur. 37 yaşlı Məlikov 2010-cu il komandalararası Dünya Kubokunun qızıl medalçısı, 2012-ci il Dünya Tələbə Çempionatının bürünc mükafatçısı, sərbəst güləş üzrə Rusiya çempionatının üçqat bürünc mükafatçısıdır. Güləşçilər sonuncu dəfə 2016-cı ilin oktyabrında beynəlxalq turnirlərdə çıxış ediblər.
Aut.az
