De Bruyne işarə etdi: O da “Napoli”yə gələ bilər
“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne “Mançester Siti”dəki keçmiş komanda yoldaşı, cinah yarımmüdafiəçisi Cek Qrilişin Neapol klubuna keçə biləcəyinə işarə edib.
Aut.az xəbər verir ki, De Bruyne “Corriere dello Sport”a açıqlamasında “Cek Napoli haqqında nəsə soruşdu? Ola bilər… Ola bilər…” deyib.
Daha əvvəl bildirilmişdi ki, “Napoli” Qrilişi transfer etməkdə maraqlıdır, lakin ona həftədə 300 min funt-sterlinq – 29 yaşlı ingilisin “Siti”dəki təxmini məvacibini vermək istəmir.
Ötən mövsüm Qroiluş “Siti” üçün bütün yarışlarda 32 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
