İtaliya

“Milan” ondan qurtulmağın yolunu axtarır

“Millan” klubu hücumçu Divok Oriqi ilə müqavilənin pozulması üzərində işləməyə davam edir.

Aut.az xəbər verir ki, belçikalı futbolçu uzun müddətdir meydana çıxmır, halbuki onun müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Jurnalist Matteo Morettonun məlumatına görə, hər şey elə gətirir ki, hücumçu yanvarda, qış transfer pəncərəsi açıldıqda komandadan ayrılacaq. Tərəflər artıq əməkdaşlığın vaxtından əvvəl dayandırılması şərtləri barədə şifahi razılığa gəliblər.

Divok Origi 2022-ci ilin yayında İngiltərənin “Liverpul” klubundan “Milan”a keçmişdi. O, 2022/23 mövsümündə İtaliya klubunun heyətində 36 oyuna çıxaraq iki qol vurmuşdu, bundan sonra isə komandanın tərkibində meydana çıxmayıb.

Aut.az