Digər

Üçqat dünya çempionu ayaq barmağını sındırdı: Evdə…

Üç dəfə dünya çempionu olan xizəkçi Cessi Diqqins karyerasının son mövsümünə hazırlaşarkən ayağının kiçik barmağını sınıb.

Aut.az xəbər verir ki, o, evdə divana dəyərək xəsarət alıb. Bu barədə o, sosial şəbəkələrdə məlumat verib:

“Dünən divanın küncünə dəyib kiçik barmağımı sındırdım. Belə hallar olur. Yolumuzda çətinliklər olmadan olmur. Bu, Olimpiya oyunlarına hazırlıq yolumdakı maraqlı hekayəmin bir hissəsi olacaq.

Əvvəllər heç vaxt ayağımın barmağını sındırmamışdım, bu, yeni bir təcrübədir. Amma ciddi bir şey yoxdur”.

Qeyd edək ki, 34 yaşlı idmançı 2018-ci ildə komanda sprintində Olimpiya çempionu olub. Pekində isə fərdi sprintdə gümüş, 30 km yarışında isə bürünc medal qazanıb.

Aut.az