Digər

Həbibin dəstəsindən danışdı, Fiziyev video paylaşdı, İlyas təsdiqlədi

Orta çəki dərəcəsində rusiyalı döyüşçü (77 kq-a qədər) İlyas Həmzin UFC prezidenti Dana Uaytın son açıqlamasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Uayt amerikalı gənclər haqqında sərt danışaraq, onların “qorxaq axmaqlardan” ibarət olduğunu və bir çox nümayəndələrinin özlərini qadın kimi apardığını bildirmişdi.

“Həbibin komandası Dağıstandan gələ və ABŞ-ı tamamilə ələ keçirə bilər”, – Dana vurğulamışdı.

“Bu doğrudur. Amerikaya baxın. Fiziyev orada baş verənləri əks etdirən videolar yayıb. Bu baş verməməlidir. Dana hər şeyi görür. Kişidir, hər şeyi faktlarla deyib. Amerika, özünə gəl” , -Həmzin “Çempionat”ın müxbiri Sergey Sorokinlə söhbətində deyib.

Aut.az