Qovulacaqlar, əgər…
“Milan” rəhbərliyi radikal qərarlar verməyə hazırlaşır.
Aut.az xəbər verir ki, buna səbəb klubun UEFA Çempionlar Liqasından kənar qalma ehtimalının yüksək olmasıdır. Bu baş verərsə, baş məşqçi Stefano Pioli və texniki direktor Paolo Maldini mövsümün sonunda istefaya göndəriləcək.

“Rossoneri” A Seriyasında mövsümün sonuna 3 tur qalmış 61 xalla 5-ci sırada qərarlaşıb. “Qırmızı-qaralar” qitənin bir nömrəli klub turnirinə vəsiqə verən 4-cü pillənin sahibi “Latsio”dan 4 xal geri qalır.
Komanda Çempionlar Liqasında qalib olmaqla yenidən bu turnirə vəsiqə qazana bilər. Bunun üçün, yarışın qalibi olmaq lazımdır. İndiki halda bu elə də asan deyil. Çünki komanda yarımfinalın ilk oyununda “İnter”ə 0:2 hesabı ilə uduzub.
