İtaliya futbolunun “qara günü”: Antirekord təkrarlandı
“İnter”in 2024/25 mövsümünün Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesabı ilə məğlub olması, İtaliya futbolu üçün mənfi seriyanın davam etməsi deməkdir.
Aut.az xəbər verir ki, A Seriyası təmsilçiləri artıq 15 ildir ki, Avropanın ən nüfuzlu klub turnirində, Çempionlar Liqasında qalib gəlmir.
İtaliya klublarının sonuncu zəfəri 2010-cu ildə qeydə alınıb. Həmin vaxt “İnter” Joze Mourinyonun rəhbərliyi altında turnirin qalibi olub.
Bu, Apenin adası təmsilçiləri üçün tarixdə ikinci belə uzunmüddətli “böhran” dövrüdür. Daha əvvəl oxşar vəziyyət 1969-cu ildə “Milan”ın “Ayaks” üzərindəki qələbəsindən (4:1) sonra başlamış, yalnız 1985-ci ildə “Yuventus”un “Liverpul” üzərində 1:0 hesablı qələbəsi ilə bitmişdi.
Beləliklə, hazırkı 15 illik qələbəsizlik İtaliya futbolunun Çempionlar Liqası tarixində ən uzun antrekordunun təkrarıdır.
Aut.az
