Məşhur futbolçu karyerasını bitirdi
36 yaşlı yarımmüdafiəçi Cakomo Bonaventura butslarını mıxdan asıb.
Aut.az xəbər verir ki, o, bu barədə “İnstaqram” səhifəsində məlumat verib.
Onun karyerasında son klubu 2025-ci ilin iyul ayından (33 oyun) oynadığı Səudiyyə Ərəbistanının “Əş-Şəbab”ı olub.
Bonaventura futbol həyatında “Milan” (184 oyun), “Fiorentina” (162), “Atalanta” (135), “Padova” (18) və “Perqolettese” (3) klublarında oynayıb.
“Atalanta”nın heyətində o, 2010/11 mövsümündə Seriya A çempionu olub, həmçinin “rossonerilər”lə İtaliya Super Kubokunu (2016/17) qazanıb.
O, həmçinin İtaliya millisində 13 oyun keçirib və 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Aut.az
