İngiltərəİspaniya

“Siti”dən təklif alanda Busketslə Qvardiola haqda nə danışıb?

“Mançester Siti”nin  yarımmüdafiəçisi Rodri, Xosep Qvardiolanın rəhbərlik etdiyi İngiltərə klubuna keçmək qərarına gəlməzdən əvvəl ” Barselona”nın və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Serxio Buskets ilə söhbətinin təfərrüatlarını açıqlayıb.

“Mançester Siti”yə getmək fürsəti əldə edəndə bu, mənim üçün vacib hədəf oldu. Transferə razılıq verməzdən əvvəl Serxio Buskets ilə danışdım və o, mənə dedi: “Pep səni daha yaxşı oyunçu edəcək. Amma o, heç vaxt sizə təzyiq etməkdən əl çəkməyəcək. Sən onun nəzərində heç vaxt tam mükəmməl futbolçu olmayacaqsan”, – Rodrinin sözlərini “The Players Tribune” nəşri sitat gətirib.

İspan futbolçu 2019-cu ilin yayında “Atletiko Madrid”dən “Mançester Siti”yə keçib.

Aut.az