Dünya futbolu

PSJ-nin səhmləri satıldı

ABŞ investisiya qrupu “Arctos Partners” PSJ-min minoritar səhmdarı olub.

Aut.az xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.

“Arctos”un sərmayəsi klubun infrastrukturuna – stadionun modernləşdirilməsinə və yeni məşq mərkəzinin tikintisinə yönəldiləcək. Yeni səhmdar klubun idman komponentinə heç bir təsir göstərməyəcək.

Bloomberg iddia edir ki, amerikalılar klubda 12,5% paya sahib olacaqlar.

2011-ci ildə “Qatar Sports Investments” PSJ-nin 70%-ni 70 milyon avroya alıb. Noyabrda PSJ-nin prezidenti Nasser Əl-Xelaifi QSI-nin pula ehtiyacı olduğu üçün klubun səhmlərinin bir hissəsini satmağı düşünürdü.

İyunda “Forbes” və “Brand Finance” klubun dəyərini müvafiq olaraq 4,2 milyard və 4,8 milyard dollar olaraq qiymətləndirib.