Braziliyalı hədəfdə: “Beşiktaş” Rusiya klubuna rəsmi təklif göndərdi
Türkiyənin “Beşiktaş” klubu “Zenit”ə Braziliyanın “İnternacional” klubunda icarə əsasında çıxış edən müdafiəçi Robert Renanı almaq üçün rəsmi təklif göndərib.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Ertan Suzqun məlumat verib.
Mənbənin sözlərinə görə, “Zenit” futbolçunun transferi üçün 15 milyon avro istəyib, lakin Türkiyə tərəfinin məbləği azaldıb hissə-hissə ödəməyi tələb etdiyi bildirilir.
2024-cü ilin yanvar ayından futbolçu “İnternasional”da icarə əsasında çıxış edir, icarə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatır. Braziliya klubunun tərkibində Robert Renan bütün turnirlərdə 26 oyun keçirib və iki məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, oyunçunun transfer dəyəri 9 milyon avrodur. Onun “Zenit”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Aut.az
