Homofobiya qalmaqalı yaradan futbolçunun aqibəti belə oldu
“Monako” yarımmüdafiəçisi Məhəmməd Kamaranın klubdan ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, futbolçu karyerasını Qətərin “Əl-Sədd” klubunda davam etdirəcək.
Malili futbolçunun adı ötən mövsüm gündəmə gəlib. 24 yaşlı futbolçu Liqa 1 matçında sinəsindəki homofobiya əleyhinə olan loqonun üzərini örtməklə müzakirələrə səbəb olub. O, buna görə 4 oyunluq cəzalandırılıb.
2023/24 mövsümündə Kamara Liqa 1-də 31 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
