Dünya futbolu

Ronaldo “YouTube”da rekord qırdı: Bir saata bir milyon

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo avqustun 21-də “YouTube” kanalı açıb və dərhal platforma rekordu vurub.

Aut.az xəbər verir ki, Ronaldo “YouTube”da 1 milyon abunəçiyə ən tez çatan şəxs olub. Kriştianoya bunun üçün cəmi bir saat lazım olub.

Əvvəlki rekord K-Pop müğənnisi Cenni Kimə məxsus idi, o, 1 milyon abunəçini 7 saata toplamışdı.

Aut.az