Messi ilə zarafat etdi: Sən heç vaxt bu kuboku qazana bilməyəcəksən
Xorvatiya millisinin və “Barselona”nın keçmiş yarımmüdafiəçisi, bu yay isə “Hajduk”a keçən İvan Rakitiç maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, hazırda “İnter Mayami”də çıxış edən keçmiş komanda yoldaşı Lionel Messiyə etdiyi zarafatdan danışıb:
“Mən Messi ilə danışdım və dedim ki, sən hər şeyi qazandın, bütün qolları vurdun, amma mən heç vaxt sahib ola bilməyəcəyin bir kuboku qazanmışam. Sən heç vaxt Avropa Liqasını qazana bilməyəcəksən”.
Xatırladaq ki, Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib.
Aut.az
