Ramil Şeydayev Azərbaycanın bu rayonundan paylaşım etdi: ŞOK VİDEO
“Neftçi”nin yeni transferi Ramil Şeydayev “Instagram” hesabında maraqlı paylaşım edib.
Aut.az xəbər verir ki, o, ata yurdu olan Kürdəmirin Mərkəzi stadionunun hazırkı vəziyyətinə biganə qalmayıb. Ramil rayonunun yararsız vəziyyətə düşən stadionunun durumunu daha geniş kütləyə çatdırmaq üçün səhifəsində izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Şeydayev Kürdəmirdə futbolla məşğul olan uşaqları mümkün qədər diqqətdə saxlamağa çalışır. Onlara mümkün olduğu qədər idman ayaqqabıları və formalar hədiyyə edir.

