Dünya futbolu

Almandan təklif: Qadınlar arasında bu turnir Səudiyyədə keçirilsin

Səudiyyə Ərəbistanının qadınlardan ibarət milli komandasının texniki direktoru, Almaniya millisinin sabiq futbolçusu Monika Staab 2035-ci ildə qadınlar arasında dünya çempionatının bu ölkədə təşkili imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Aut.az xəbər verir ki, Mnika bu barədə BBC-yə açıqlamasında deyib.

“Mən Səudiyyə Ərəbistanında qadın futbolunun parlaq gələcəyinə inanıram. İdman direktorlarına dedim ki, dünya çempionatına çıxmaq vaxt aparacaq. Bilirəm ki, onlar kişilər arasında dünya çempionatına ev sahibliyi etmək istəyirlər. Elə isə 2035-ci ildə qadınlar arasında dünya çempionatı bu ölkədə niyə keçirilməsin? İndi biz ən azı bu səviyyədə yarışmağa hazır olan komanda qururuq”, Monika deyib.

Müxtəlif beynəlxalq təşkilatlar tez-tez Səudiyyə Ərəbistanını insan haqlarının pozulmasında ittiham edir və bu ölkəni qadınların hüquqlarını məhdudlaşdırmaqda tənqid edirlər.

Səudiyyə Ərəbistanının 2034-cü ildə kişilər arasında dünya çempionatına ev sahibliyi etmək ehtimalı çox yüksəkdir.

Aut.az