Ançelotti Arda anonsunu verdi: Tezliklə bütün dünya…
“Real”ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərin debütünün nə vaxt olacağı ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, Anşelotti Gülərin tezliklə meydana çıxacağının anonsunu verib.
“Gülər hələ gəncdir. Yaxşı uyğunlaşmalıdır, hamı ona kömək edir. O, çox da xoşbəxt deyil, çünki başqa cür başlamaq istəyirdi.
Bununla belə, burada uğur qazanmaq üçün hər şey var. Tezliklə onun bir çox keyfiyyətlərini bütün dünya görəcək”, – “Football Espana” Ancelottidən sitat gətirib.
Xatırladaq ki, Gülər son yay transfer pəncərəsində “Fənərbaxça”dan 20+10 milyon avroya “Real”a keçib. Yarımmüdafiəçi zədələndiyi üçün Madrid təmsilçisində bir oyun belə keçirməyib.
Aut.az
