Televiziya gəlirlərindən ən çox qazanan liqa: Böyük fərq var
İngiltərə Premyer Liqası televiziya gəlirlərinə görə Avropada böyük fərqlə liderlik edir.
Aut.az xəbər verir ki, UEFA-nın maliyyə hesabatına görə, 2024-cü ilin sonuna qədər Premyer Liqa klubları ildə 3,4 milyard avro qazanıblar. Bu da Avropanın bütün televiziya gəlirlərinin 40%-ni təşkil edir. Bütün Avropada gəlir 8,5 milyard avro olub.
Sonrakı yerləri La Liqa (1,371 milyard), Bundesliqa (1,143 milyard), A Seriyası (1,115 milyard), Liqa 1 (482 milyon), Portuqaliya Primeira Liqası (182 milyon) və Mir RPL (113 milyon) tutur.
Aut.az
