Klinsmann ingilislər üçün yazdı: Acgözlük etməyin…
Almaniyalı mütəxəssis Yurgen Klinsmann gənc futbolçular Cud Bellinqem və Camal Musiala haqqında danışıb.
Aut.az xəbər verir ki, Klinsmann bu barədə “The Sun” üçün köşə yazısında yazıb.
“Bütün futbol dünyası onları bu turnirdə izləyir və hər ikisinə eyni sualı verir: onlar eyni ruhda davam edib Kriştiano Ronaldo və Lionel Messi kimi karyera qura bilərlərmi? Onların hər ikisi yaxşıdır və bu, onların bu Avropa çempionatındakı debütü ilə təsdiqlənir – baxmayaraq ki, Musialanın 21, Bellinqemin isə cəmi 20 yaşı var.
Dostdurlar və 21 yaşa qədər olan yaş qruplarında İngiltərə üçün birlikdə oynayıblar. Amma biz almanların bəxtindən Almaniyada doğulan, lakin uşaqlığının çox hissəsini İngiltərədə keçirən Musiala bizim üçün oynamağa qərar verdi. Onun kimi oyunçu səni seçəndə, bu, lotereyada udmaq kimi bir şeydir.
Ancaq acgözlük etməyin – Bellinqeminiz var və bu, müstəsnadır. Bazar günü Serbiyaya vurduğu qol məni həyəcanlandırdı! Bellinqem fiziki cəhətdən son dərəcə güclüdür”, – Klinsmann yazıb.
Aut.az
