Qalmaqal: Almanlar Krımı Rusiya ərazisi kimi göstərdi
Avro-2024-ün Türkiyə – Gürcüstan oyunundan (3:1) əvvəl Almaniyanın Magenta TV telekanalı turnirdə iştirak edən bütün ölkələrin milli rəngləri ilə rəngləndiyi Avropanın xəritəsini nümayiş etdirib.
Aut.az xəbər verir ki, telekanalın izləyiciləri xəritənin qeyri-dəqiq olduğunu, Krımın orada Ukraynanın bir hissəsi olmadığını qeyd ediblər. Krım da Rusiya kimi neytral ağ rəngə boyanıb. Matçdan sonra aparıcılar açıqlama veriblər.
“Bizim üçün çox vacib olan qısa bir qeyd: bu oyuna qədər ciddi səhvə yol verdik. Biz Krımın Ukraynanın bir hissəsi kimi göstərilmədiyi Avropanın yanlış görüntüsünü göstərdik. Buna görə dəfələrlə üzr istəyirik”, – açıqlamada deyilir.
Aut.az
