Avro-2024 finalından əvvəl terror aktının qarşısı necə alınıb?
Almaniya polisi futbol üzrə Avropa çempionatının final oyunu öncəsi Berlinin Breytşeydplats meydanında İngiltərə millisinin azarkeşlərinin azarkeş zonası olan terror aktının qarşısını alıb
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilir ki, final matçının başlamasına bir neçə saat qalmış xüsusi təyinatlılar yaxınlıqdakı Potsdamda İŞİD-in məlum hücrə ünvanlarına koordinasiyalı reydlər keçiriblər və bu reydlər zamanı üç şübhəli şəxs saxlanılıb.
Əvvəllər də bu insanlar Almaniya polisinin nəzarətində olub. Onların telefonlarında Breytşeydplats və orada yerləşən kilsənin fotoları tapılıb.
Qeyd edıj ki, Almaniyada keçirilən Avropa çempionatının finalında İspaniya yığması ingilislərə 2:1 hesabı ilə qalib gələrək dördüncü dəfə Avropa çempionu olub.
Aut.az
