UEFA İtaliyanı hədələdi: Avro-2032-yə ev sahibliyini itirə bilər
UEFA prezidenti Aleksander Çeferin bildirib ki, əgər ölkə hakimiyyəti idman infrastrukturunun modernləşdirilməsi məsələsini həll etməsə, İtaliya 2032-ci ildə Avropa Çempionatına ev sahibliyi etmək hüququnu itirə bilər.
Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport” qəzeti Çeferinin sözlərini sitat gətirib:
“Avropa Çempionatının 2032-ci ildə İtaliyada keçirilməsi planlaşdırılır, lakin oradakı stadionların vəziyyətini “çətin”dən başqa cür təsvir etmək olmaz…
Avro-2032 planlaşdırılır və keçiriləcək. Ümid edirəm ki, infrastruktur hazır olacaq. Əks halda, turnir İtaliyada keçirilməyəcək”.
Aut.az
