Gürcü azarkeş 4 min kilometri 12 gün ərzində görün nə ilə getdi – VİDEO
Gürcüstan millisinin azarkeşi futbolçulara fanatlar adından bayraq təqdim etmək üçün skuterlə Tbilisidən Almaniyaya 12 gün ərzində 4000 kilometr yol qət edib.
Aut.az xəbər verir ki, videoda Gürcüstan millisinin futbolçularının əvvəlcə azarkeşi necə alqışladığı əks olunub. Daha sonra o, milli komanda qarşısında çıxış edir. Sonra böyük bir gürcü bayrağını çıxarıb açır.
Gürcüstan millisi Türkiyə, Portuqaliya və Çexiya ilə eyni qrupda çıxış edəcək. İlk oyun iyunun 18-də baş tutacaq. Gürcüstan Türkiyə ilə qarşılaşacaq. İyunun 22-də Gürcüstan millisi Çexiya, 26-da isə Portuqaliya ilə oynayacaq.
Aut.az
