Avropa Çempionatı

Son 60 ildə Avropa çempionatında ondan gənc qapıçı olmamışdı

“Brayton”un qapıçısı Bart Verbruggen Hollandiya millisinin heyətində Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Polşa ilə matçda start heyətində meydana çıxıb.

Aut.az xəbər verir ki, “Opta”nın məlumatına görə, 21 yaş 303 gündə Verbruggen Avropa çempionatı tarixində üçüncü ən gənc qapıçı olub. O, son 60 ilin ən gənc qapıçısı olub.

Verbruggendən gənc yalnız İspaniya millisinin qapıçısı İribar (Avro 1964, 21 yaş 108 gün) və Çexoslovakiya millisinin qapıçısı Vilyam Şroif (Avro 1960, 21 yaş 276 gün) olub.

Aut.az