Ukrayna yığmasına əlavə mühafizə ayrılacaq
Ukrayna millisi Avropa çempionatında əlavə təhlükəsizliklə təmin olunacaq.
Aut.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser “Bild”ə deyib:
“Bu, bizim üçün xüsusi problemdir və biz bu komandaya xüsusi müdafiə verməkdə qərarlıyıq”.
Xatırladaq ki, Ukrayna millisi Belçika, Rumıniya və Slovakiya ilə eyni qrupda çıxış edəcək. İlk oyun iyunun 17-də baş tutacaq. Ukrayna millisi Rumıniya ilə qarşılaşacaq. İyunun 21-də Ukrayna Slovakiya ilə, iyunun 26-da isə Belçika ilə qarşılaşacaq.
Aut.az
