Avropa Çempionatı

Son 136 oyunda İspaniyanın başına belə iş gəlməmişdi

İspaniya millisi Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Xorvatiya ilə matçda 136 oyunda ilk dəfə topa sahib olmaq baxımından rəqibinə uduzub.

Aut.az xəbər verir ki, “Opta Sports”un məlumatına görə, sonuncu dəfə ispanlar 16 il əvvəl topa sahibolmada rəqibə uduzublar.

Bu, komandanın Almaniya millisi (46%) ilə qarşılaşdığı 2008-ci ildə Avropa çempionatının finalında olub.

İspaniya Xorvatiyaya 3:0 hesabı ilə qalib gəlib.

Aut.az