Görün azarkeşlər Avro-2024-də kimin qolunu yaxşı seçdilər – VİDEO
UEFA-nın mətbuat xidməti rəsmi saytında Almaniyada bu yaxınlarda başa çatan Avro-2024-ün ən gözəl 10 qolunu yayıb.
Aut.az xəbər verir ki, qollar azarkeşlərin versiyası əsasında seçilib.
Ən yaxşı 10 qol əvvəlcə UEFA-nın texniki müşahidəçiləri tərəfindən seçilib, sonra isə internet saytında səsverməyə çıxarılıb. Səsvermənin nəticələrinə görə, azarkeşlər Türkiyə-Gürcüstan matçında (3:1) Mert Muldurun vurduğu qolu turnirin ən gözəl qolu seçib. İkinci yeri pley-offda Fransaya qarşı uzaq məsafədən qol vuran Lamin Yamal qazanıb. Üçüncü sırada isə digər türk, yarımmüdafiəçi Arda Gülərin Gürcüstana vurduğu qol var.
Ən yaxşı qollara bu linkə daxil olaraq baxa bilərsiniz.
Aut.az
