Avropa Çempionatı

Türkiyədə Ermənistanın himni belə fitə basıldı – VİDEO

Bu gün, sentyabrın 8-də Əskişəhərdə Avro-2024-ün seçmə mərhələ oyununda Türkiyə Ermənistanla qarşılaşır.

Aut.az xəbər verir ki, oyun Bakı vaxtı ilə 22:45-də başlayıb. Ermənistanın himni çalınarkən bütün stadion fit çalıb.

Buna görə də, Ermənistanın himni demək olar ki, eşidilməyib.

Bunu ermənilərə cavab kimi də qəbul etmək olar. İrəvanda keçirilən oyunda ermənilər Türkiyənin İstiqlal marşını fitə basmışdılar.