Avro-2024: Bu yığmanın analitiklərini qarət etdilər
İsveçrə millisinin analitikləri Almaniyada keçirilən Avropa çempionatında qarət olunublar.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Bildirilir ki, naməlum şəxslər analitiklərin Düsseldorfdakı otel otağını qarət ediblər.
Hadisə ötən həftə sonu baş verib. İsveçrəli analitiklər matçlara hazırlaşmaqla məşğul olarkən soyğunçular otaqdan 3 ədəd noutbuk götürüblər.
Oteldəki kameralar oğurluqda ən azı bir şübhəlini qeydə alıb və hazırda polis onu axtarır.
Aut.az
